AgroHub

Aylıq informasiya bülleteni — May 2023

May 2023Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2023-cü ilin yanvar-may aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.6 faiz təşkil edib (Şəkil 2).
  • 2023-cü ilin yanvar-may aylarında yun və kartof istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2023-cü ilin yanvar-may aylarında 341.8 min hektar sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2023-cü ilin yanvar-may aylarında 305.5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 16.2 faiz azalıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin may ayında üzümün, kartofun (Cəlilabad, təzə) və soğanın (Bərdə) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin may ayında gilasın, əriyin, limonun, çiyələyin, kartofun (Cəlilabad, təzə), pomidorun, bibərin, soğanın, xiyarın (“Yelpənək”) və yerkökünün qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–may

Məhsul20232022
Tərəvəz––119,7 min t113,9 mln $
kartof––33,3 min t14,8 mln $
pomidor––75,8 min t91,0 mln $
Meyvə––72,6 min t105,4 mln $
Arpa600 t100,0 min $17,4 min t3,6 mln $
Pambıq mahlıcı27,0 min t50,4 mln $51,9 min t123,7 mln $
Gön-dəri––2 200 t6,2 mln $
Cəmi–––364,6 mln $
qoz-fındıq––9 900 t54,7 mln $
sitrus meyvələri––100 t100,0 min $
üzüm––100 t100,0 min $
alma, armud, heyva––19,2 min t12,9 mln $
nar––1 500 t2,4 mln $
Tütün xammalı1 100 t2,4 mln $2 500 t8,4 mln $
Heyvandarlıq məhsulları–––3,5 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — May 2023 · AgroHub