AgroHub

Aylıq informasiya bülleteni — Mart 2023

Mart 2023Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2023-cü ilin yanvar-mart aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.6 faiz təşkil edib (Şəkil 2).
  • 2023-cü ilin yanvar-mart aylarında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2023-cü ilin yanvar-mart aylarında 112.0 min hektar sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2023-cü ilin yanvar-mart aylarında 153.6 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 27.4 faiz azalıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin mart ayında naringinin, soğanın və pomidorun topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin mart ayında armudun, portağalın, naringinin, limonun, şabalıdın, kivinin, qozun (Ukrayna), kartofun (Türkiyə), pomidorun, soğanın, xiyarın, yerkökünün və çuğundurun qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–mart

Məhsul20232022
Tərəvəz32,1 min t35,9 mln $37,2 min t43,6 mln $
kartof1 200 t500,0 min $1 200 t600,0 min $
pomidor24,5 min t31,2 mln $31,8 min t38,8 mln $
Meyvə58,8 min t79,1 mln $59,8 min t81,4 mln $
Arpa––17,4 min t3,6 mln $
Pambıq mahlıcı16,9 min t31,3 mln $32,1 min t72,2 mln $
Gön-dəri700 t1,7 mln $1 400 t3,5 mln $
Cəmi–153,6 mln $–211,5 mln $
Tütün xammalı800 t1,7 mln $1 500 t5,2 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Mart 2023 · AgroHub