Aylıq informasiya bülleteni — Fevral 2023
Əsas faktlar
- 2023-cü ilin yanvar-fevral aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.5 faiz təşkil edib (Şəkil 2).
- 2023-cü ilin yanvar-fevral aylarında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- Yaz əkininin əvvəlindən mart ayının 1-nə kimi 54.7 min hektar və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 faiz çox sahədə əkin aparılıb (Cədvəl 2).
- 2023-cü ilin yanvar-fevral aylarında 107.9 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 29.5 faiz azalıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin fevral ayında naringinin, soğanın, pomidorun və xiyarın (“Melit”) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin fevral ayında armudun, üzümün, kivinin, limonun, şabalıdın, pomidorun, soğanın, yerkökünün və çuğundurun topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–fevral
| Məhsul | 2023 | 2022 | ||
|---|---|---|---|---|
| Tərəvəz | – | – | 24,1 min t | 27,8 mln $ |
| kartof | – | – | 700 t | 400,0 min $ |
| pomidor | – | – | 20,4 min t | 24,5 mln $ |
| Meyvə | – | – | 50,6 min t | 64,5 mln $ |
| Arpa | – | – | 9 500 t | 1,9 mln $ |
| Pambıq mahlıcı | – | – | 22,9 min t | 51,1 mln $ |
| Gön-dəri | 300 t | 800,0 min $ | 1 000 t | 2,5 mln $ |
| Cəmi | – | – | – | 153,0 mln $ |
| qoz-fındıq | – | – | 5 100 t | 29,2 mln $ |
| Tütün xammalı | 600 t | 1,4 mln $ | 1 100 t | 3,9 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.