AgroHub

Aylıq informasiya bülleteni — Yanvar 2023

Yanvar 2023Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2023-cü ilin yanvar ayında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.6 faiz təşkil edib (Şəkil 2).
  • 2023-cü ilin yanvar ayında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2022-ci ildə təmiz herik və dondurma şumu da daxil olmaqla 1210.1 min hektar sahədə şum qaldırılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 1.6 faiz çoxdur (Cədvəl 2).
  • 2023-cü ilin yanvar ayında 62.1 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 22.9 faiz azalıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin yanvar ayında naringinin (yerli, iri), soğanın (Ağdam, sarı), sarımsağın və göyərtinin topdansatış qiyməti əvvəlki aya nisbətən qalxıb, digər məhsulların qiyməti isə azalıb və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin yanvar ayında almanın (“Qızıləhmədi”), armudun, üzümün, xurmanın, limonun, şabalıdın, pomidorun, xiyarın, soğanın, yerkökünün və çuğundurun topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–yanvar

Məhsul20232022
Tərəvəz––13,3 min t15,4 mln $
Meyvə––30,5 min t37,4 mln $
Pambıq mahlıcı––10,2 min t22,2 mln $
Cəmi–––80,5 mln $
kartof––400 t200,0 min $
pomidor––11,5 min t13,7 mln $
qoz-fındıq––2 800 t16,2 mln $
xurma––22,8 min t17,1 mln $
Tütün xammalı200 t300,0 min $600 t2,2 mln $
Gön-dəri100 t100,0 min $700 t1,6 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Yanvar 2023 · AgroHub