Aylıq informasiya bülleteni — Dekabr 2024
Əsas faktlar
- 2024-cü ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.7 faiz təşkil edib (Şəkil 2).
- 2024-cü ilin yanvar-dekabr aylarında yun, barama, kartof, üzüm və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2025-ci il yanvar ayının 1-nə kimi təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 1,060.2 min hektar və ya ötən ilin müvafiq dövrünə nisbətdə 8.2 faiz az sahə şumlanıb (Cədvəl 2).
- 2024-cü ilin yanvar-dekabr aylarında 935.8 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 6.5 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin dekabr ayında korolyokun, üzümün (“Kardinal”), yerli naringinin (iri), qozun, fındığın, şabalıdın, kartofun (“Gədəbəy”), soğanın, pomidorun (“Bakı”), xiyarın, kələmin (“Qusar”), bibərin, sarımsağın, badımcanın və noxudun topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin dekabr ayında armudun (“Meşəgözəli”), üzümün, limonun, fındığın, naringinin, kartofun və pomidorun qiyməti ötən ilin müvafiq dövrünə nisbətən aşağı və ya sabit olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə qalxıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–dekabr
| Məhsul | 2023 | |
|---|---|---|
| Tərəvəz | 251,3 min t | 212,4 mln $ |
| kartof | 71,2 min t | 30,9 mln $ |
| pomidor | 140,6 min t | 162,0 mln $ |
| Meyvə | 470,8 min t | 513,5 mln $ |
| qoz-fındıq | 24,3 min t | 125,1 mln $ |
| sitrus meyvələri | 4 700 t | 2,7 mln $ |
| üzüm | 9 800 t | 8,7 mln $ |
| alma, armud, heyva | 103,9 min t | 66,3 mln $ |
| nar | 28,6 min t | 30,6 mln $ |
| xurma | 164,9 min t | 127,2 mln $ |
| Gön-dəri | 3 300 t | 8,3 mln $ |
| Heyvandarlıq məhsulları | – | 15,1 mln $ |
| Cəmi | – | 878,9 mln $ |
| qarpız, qovun | 14,3 min t | 5,8 mln $ |
| ərik, albalı, gilas, şaftalı | 92,5 min t | 105,6 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.