Aylıq informasiya bülleteni — Noyabr 2024
Əsas faktlar
- 2024-cü ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.1 faiz təşkil edib (Şəkil 2).
- 2024-cü ilin yanvar-noyabr aylarında yun, barama, pambıq, kartof, üzüm və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- Dekabr ayının 1-nə kimi təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 933.9 min hektar və ya ötən ilin müvafiq dövrünə nisbətdə 10.2 faiz az sahə şumlanıb (Cədvəl 2).
- 2024-cü ilin yanvar-noyabr aylarında 845.2 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 8.5 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin noyabr ayında narın, armudun (“Düşes”), üzümün (“Ağ kişmişi”), qozun, kartofun (Qazax), pomidorun, xiyarın, yaşıl bibərin, sarımsağın və badımcanın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin noyabr ayında üzümün, limonun, fındığın, naringinin, soğanın (qırmızı), xiyarın və noxudun qiyməti keçən ilin müvafiq dövrünə nisbətən aşağı olub və ya sabit qalıb, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə qalxıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–noyabr
| Məhsul | 2023 | |
|---|---|---|
| Tərəvəz | 231,5 min t | 188,9 mln $ |
| kartof | 71,0 min t | 30,9 mln $ |
| pomidor | 124,5 min t | 140,6 mln $ |
| Meyvə | 410,3 min t | 452,2 mln $ |
| qoz-fındıq | 21,9 min t | 112,9 mln $ |
| üzüm | 9 100 t | 7,9 mln $ |
| alma, armud, heyva | 91,6 min t | 58,4 mln $ |
| nar | 25,3 min t | 27,4 mln $ |
| xurma | 124,7 min t | 91,4 mln $ |
| Gön-dəri | 2 900 t | 7,6 mln $ |
| Cəmi | – | 779,1 mln $ |
| sitrus meyvələri | 3 200 t | 1,9 mln $ |
| qarpız, qovun | 14,3 min t | 5,8 mln $ |
| ərik, albalı, gilas, şaftalı | 92,5 min t | 105,6 mln $ |
| Heyvandarlıq məhsulları | – | 14,0 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.