AgroHub

Aylıq informasiya bülleteni — Oktyabr 2024

Oktyabr 2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2024-cü ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.2 faiz təşkil edib (Şəkil 2).
  • 2024-cü ilin yanvar-oktyabr aylarında yun, barama, pambıq, kartof, üzüm və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2024-cü ilin yanvar-oktyabr aylarında 740.6 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 11.0 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin oktyabr ayında narın, yerli naringinin, üzümün, fındığın, kartofun (Gədəbəy), qırmızı soğanın, xiyarın, pomidorun (“Çəhrayı”), bibərin, sarımsağın və badımcanın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
  • Cari ilin oktyabr ayında üzümün (“Ağ kişmişi”), fındığın, portağalın, soğanın (“Ağdam, sarı”) və noxudun qiyməti keçən ilin müvafiq dövrünə nisbətən aşağı və ya sabit olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə artıb (Cədvəl 4).
  • 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 8726 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–oktyabr

Məhsul2023
Tərəvəz218,7 min t173,2 mln $
kartof70,9 min t30,8 mln $
pomidor113,5 min t126,3 mln $
Meyvə319,1 min t371,2 mln $
qoz-fındıq19,3 min t97,9 mln $
üzüm8 700 t7,6 mln $
alma, armud, heyva75,5 min t48,1 mln $
xurma63,9 min t46,2 mln $
Pambıq mahlıcı53,9 min t98,2 mln $
Gön-dəri2 800 t7,3 mln $
Heyvandarlıq məhsulları–12,8 mln $
Cəmi–667,4 mln $
sitrus meyvələri1 100 t800,0 min $
qarpız, qovun14,3 min t5,8 mln $
ərik, albalı, gilas, şaftalı92,5 min t105,6 mln $
nar17,6 min t20,3 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Oktyabr 2024 · AgroHub