Aylıq informasiya bülleteni — Sentyabr 2024
Əsas faktlar
- 2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.4 faiz təşkil edib (Şəkil 2).
- 2024-cü ilin yanvar-sentyabr aylarında yun, barama, kartof, üzüm istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2024-cü ilin yanvar-sentyabr aylarında 651.2 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 12.1 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin sentyabr ayında almanın (“Qolden delişes”), moruğun, üzümün, şaftalının, fındığın, kartofun, soğanın, pomidorun, lobyanın, kələmin, bibərin, sarımsağın, badımcanın və yerkökünün topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
- Cari ilin sentyabr ayında almanın, armudun, kivinin, limonun, heyvanın, şaftalının, mandarinin (yerli), korolyokun, balqabağın, lobyanın, kələmin, noxudun, bibərin, badımcanın və göy-göyərtinin qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 4).
- 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 8656 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–sentyabr
| Məhsul | 2023 | |
|---|---|---|
| Tərəvəz | 216,8 min t | 170,8 mln $ |
| kartof | 70,9 min t | 30,8 mln $ |
| pomidor | 112,2 min t | 124,5 mln $ |
| Meyvə | 245,8 min t | 299,5 mln $ |
| qoz-fındıq | 16,4 min t | 81,5 mln $ |
| üzüm | 6 000 t | 5,1 mln $ |
| alma, armud, heyva | 62,3 min t | 39,8 mln $ |
| xurma | 22,9 min t | 16,6 mln $ |
| Arpa | 1 900 t | 400,0 min $ |
| Gön-dəri | 2 500 t | 6,7 mln $ |
| Cəmi | – | 581,0 mln $ |
| sitrus meyvələri | 800 t | 600,0 min $ |
| qarpız, qovun | 14,3 min t | 5,8 mln $ |
| ərik, albalı, gilas, şaftalı | 92,1 min t | 105,2 mln $ |
| nar | 8 000 t | 10,3 mln $ |
| Heyvandarlıq məhsulları | – | 11,4 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.