AgroHub

Aylıq informasiya bülleteni — Avqust 2024

Avqust 2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2024-cü ilin yanvar-avqust aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.0 faiz təşkil edib (Şəkil 2).
  • 2024-cü ilin yanvar-avqust aylarında yun, barama, pambıq, kartof, üzüm istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2024-cü ilin yanvar-avqust aylarında 597.5 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 10.2 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin avqust ayında almanın, moruğun, gavalının, göyəmin, nektarinin, yemişin, fındığın, soğanın (Ağdam, sarı), xiyarın, çuğundurun və qarğıdalı sütülünün topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
  • Cari ilin avqust ayında almanın (“Slava”), armudun (“Santa Mariya”), üzümün (“Kardinal”), zoğalın, gavalının, qarpızın, fındığın, kartofun, soğanın, lobyanın, kələmin, bibərin (yaşıl, yerli), badımcanın, yerkökünün, çuğundurun və qarğıdalı sütülünün qiyməti keçən ilin müvafiq dövrünə nisbətən aşağı olub və ya sabit qalıb, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə yüksək olub (Cədvəl 4).
  • 2024-cü ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 8123 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–avqust

Məhsul20242023
Tərəvəz––216,5 min t170,5 mln $
kartof––70,9 min t30,8 mln $
pomidor––112,2 min t124,5 mln $
Meyvə––218,5 min t268,0 mln $
qoz-fındıq––14,4 min t71,2 mln $
Gön-dəri––2 300 t6,3 mln $
Cəmi–––542,2 mln $
sitrus meyvələri––800 t600,0 min $
üzüm––3 100 t2,9 mln $
qarpız, qovun––14,1 min t5,7 mln $
alma, armud, heyva––51,8 min t33,5 mln $
ərik, albalı, gilas, şaftalı––86,1 min t98,6 mln $
nar––6 200 t8,1 mln $
Arpa100 t20,0 min $1 900 t400,0 min $
Heyvandarlıq məhsulları–––10,4 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Avqust 2024 · AgroHub