Aylıq informasiya bülleteni — İyul 2024
Əsas faktlar
- 2024-cü ilin yanvar-iyul aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.0 faiz təşkil edib (Şəkil 2).
- 2024-cü ilin yanvar-iyul aylarında yun, barama, günəbaxan, kartof və üzüm istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2024-cü ilin yanvar-iyul aylarında 540.0 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 8.5 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin iyul ayında çiyələyin, gilasın, kartofun (Cəlilabad), pomidorun, lobyanın, yerkökünün, xiyarın və sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
- Cari ilin iyul ayında almanın (“Palmet”), limonun (Lənkəran), şaftalının (“Yastı”), gilasın (“Napoleon”), ərikin, çuğundurun, yerkökünün, soğanın, kələmin və qarğıdalı sütülünün qiyməti keçən ilin müvafiq dövrünə nisbətən aşağı olub və ya sabit qalıb, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə yüksək olub (Cədvəl 4).
- 2024-cü ilin yanvar-iyul ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 7516 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–iyul
| Məhsul | 2024 | 2023 | ||
|---|---|---|---|---|
| Tərəvəz | – | – | 214,7 min t | 169,8 mln $ |
| kartof | – | – | 70,9 min t | 30,8 mln $ |
| pomidor | – | – | 112,0 min t | 124,3 mln $ |
| Arpa | 100 t | 20,0 min $ | 1 900 t | 400,0 min $ |
| Gön-dəri | – | – | 2 000 t | 5,2 mln $ |
| Meyvə | – | – | 182,2 min t | 230,3 mln $ |
| qoz-fındıq | – | – | 13,1 min t | 65,0 mln $ |
| sitrus meyvələri | – | – | 800 t | 600,0 min $ |
| üzüm | – | – | 900 t | 900,0 min $ |
| qarpız, qovun | – | – | 10,8 min t | 4,8 mln $ |
| alma, armud, heyva | – | – | 41,4 min t | 26,9 mln $ |
| ərik, albalı, gilas, şaftalı | – | – | 69,4 min t | 79,8 mln $ |
| nar | – | – | 6 200 t | 8,1 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.