Aylıq informasiya bülleteni — İyun 2024
Əsas faktlar
- 2024-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.8 faiz təşkil edib (Şəkil 2).
- 2024-cü ilin yanvar-iyun aylarında yun, barama, taxıl (qarğıdalı ilə), tütün, kartof və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2024-cü ilin yanvar-iyun aylarında 375 min hektar sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
- 2024-cü ilin yanvar-iyun aylarında 479.2 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 10.2 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin iyun ayında limonun (Türkiyə), sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin iyun ayında almanın (“Yay alması”), limonun (Türkiyə), çiyələyin, şaftalının, gavalının, armudun, üzümün, qarpızın, gilasın, qarağatın, gilənarın, kartofun, lobyanın, noxudun, bibərin, sarımsağın və çuğundurun qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–iyun
| Məhsul | 2023 | |
|---|---|---|
| kartof | 70,9 min t | 30,8 mln $ |
| pomidor | 108,3 min t | 120,9 mln $ |
| Gön-dəri | 1 700 t | 4,3 mln $ |
| Cəmi | – | 435,0 mln $ |
| Tərəvəz | 209,3 min t | 165,7 mln $ |
| Meyvə | 139,5 min t | 184,7 mln $ |
| qoz-fındıq | 12,4 min t | 61,2 mln $ |
| sitrus meyvələri | 800 t | 600,0 min $ |
| üzüm | 200 t | 300,0 min $ |
| qarpız, qovun | 7 600 t | 3,9 mln $ |
| alma, armud, heyva | 36,8 min t | 24,1 mln $ |
| nar | 6 200 t | 8,1 mln $ |
| Heyvandarlıq məhsulları | – | 8,7 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.