AgroHub

Aylıq informasiya bülleteni — May 2024

May 2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2024-cü ilin yanvar-may aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.8 faiz təşkil edib (Şəkil 2).
  • 2024-cü ilin yanvar-may aylarında yun, barama, kartof və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2024-cü ilin yanvar-may aylarında 369.9 min hektar sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2024-cü ilin yanvar-may aylarında 375.7 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 22.7 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin may ayında almanın (“Fuji”), armudun, kartofun (Gədəbəy), soğanın, kələmin, bibərin, badımcanın (İran) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin may ayında armudun, gilasın (“Napaleon”), əriyin, yerkökünün və soğanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən aşağı olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə yüksək olub (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–may

Məhsul2023
Tərəvəz156,9 min t127,1 mln $
kartof52,9 min t23,4 mln $
pomidor78,1 min t91,5 mln $
Meyvə82,0 min t114,9 mln $
qoz-fındıq11,2 min t55,0 mln $
sitrus meyvələri760 t620,0 min $
üzüm210 t300,0 min $
alma, armud, heyva34,3 min t22,4 mln $
nar6 200 t8,1 mln $
Gön-dəri1 410 t3,4 mln $
Heyvandarlıq məhsulları–8,0 mln $
Cəmi–306,2 mln $
ərik, albalı, gilas, şaftalı2 100 t2,0 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — May 2024 · AgroHub