AgroHub

Aylıq informasiya bülleteni — Aprel 2024

Aprel 2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2024-cü ilin yanvar-aprel aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.1 faiz təşkil edib (Şəkil 2).
  • 2024-cü ilin yanvar-aprel aylarında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2024-cü ilin yanvar-aprel aylarında 300 min hektar sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2024-cü ilin yanvar-aprel aylarında 280.3 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 33.2 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin aprel ayında almanın (“Palmet”) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin aprel ayında almanın, alçanın, qozun, kivinin, qarpızın, limonun, portağalın, kartofun (Cəlilabad), pomidorun, balqabağın, kələmin, çuğundurun, bibərin, soğanın, sarımsağın, gül kələmin və noxudun qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–aprel

Məhsul2023
Tərəvəz60,3 min t63,5 mln $
kartof7 800 t3,5 mln $
pomidor43,3 min t54,2 mln $
Meyvə69,4 min t97,6 mln $
qoz-fındıq10,1 min t49,2 mln $
Gön-dəri1 100 t2,6 mln $
Cəmi–210,5 mln $
sitrus meyvələri800 t600,0 min $
üzüm200 t300,0 min $
alma, armud, heyva29,2 min t19,0 mln $
nar6 200 t8,1 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Aprel 2024 · AgroHub