AgroHub

Aylıq informasiya bülleteni — Mart 2024

Mart 2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2024-cü ilin yanvar-mart aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.9 faiz təşkil edib (Şəkil 2).
  • 2024-cü ilin yanvar-mart aylarında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2024-cü ilin yanvar-mart aylarında 121.5 min hektar sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2024-cü ilin yanvar-mart aylarında 207.1 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 34.5 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin mart ayında üzümün, naringinin, armudun, portağalın, heyvanın, kivinin, şabalıdın, fındığın, qozun, balqabağın, pomidorun, yerkökünün, bibərin, çuğundurun, soğanın, xiyarın, kələmin və sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin mart ayında almanın, üzümün, çiyələyin, armudun, naringinin, kivinin, limonun, portağalın, qozun, şabalıdın, fındığın, balqabağın, kələmin, çuğundurun, bibərin, xiyarın, badımcanın, sarımsağın, gül kələmin və noxudun qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–mart

Məhsul2023
qoz-fındıq8 000 t38,7 mln $
sitrus meyvələri760 t620,0 min $
üzüm210 t300,0 min $
nar5 800 t7,6 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Mart 2024 · AgroHub