AgroHub

Aylıq informasiya bülleteni — Fevral 2024

Fevral 2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2024-cü ilin yanvar-fevral aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.7 faiz təşkil edib (Şəkil 2).
  • 2024-cü ilin yanvar-fevral aylarında ət istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • Yaz əkininin əvvəlindən mart ayının 1-nə kimi 64.1 min hektar və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.3 faiz çox sahədə əkin aparılıb (Cədvəl 2).
  • 2024-cü ilin yanvar-fevral aylarında 145.1 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 34 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin fevral ayında almanın, üzümün, narın, naringinin (Türkiyə), armudun (“Meşəgözəli”), heyvanın, kartofun, pomidorun, soğanın və xiyarın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin fevral ayında almanın, üzümün, narın, heyvanın, qozun, armudun, naringinin, limonun, portağalın, fındığın, pomidorun (Bakı), bibərin, xiyarın, badımcanın və noxudun qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–fevral

Məhsul20242023
Tərəvəz––20,6 min t22,1 mln $
kartof630 t200,0 min $390 t180,0 min $
pomidor––15,5 min t19,1 mln $
Meyvə––47,4 min t57,8 mln $
qoz-fındıq––5 100 t24,4 mln $
Pambıq mahlıcı––12,5 min t23,2 mln $
Cəmi–––108,2 mln $
sitrus meyvələri––750 t580,0 min $
üzüm––190 t260,0 min $
alma, armud, heyva––16,5 min t10,6 mln $
nar––4 500 t5,9 mln $
xurma––20,0 min t14,6 mln $
Heyvandarlıq məhsulları–––3,0 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Fevral 2024 · AgroHub