Aylıq informasiya bülleteni — Yanvar 2024
Əsas faktlar
- 2024-cü ilin yanvar ayında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.9 faiz təşkil edib (Şəkil 2).
- 2024-cü ilin yanvar ayında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2024-cü ilin məhsulu üçün 1155.1 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib (Cədvəl 2).
- 2024-cü ilin yanvar ayında 70.0 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 12.1 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin yanvar ayında üzümün, narın, naringinin, armudun (“Konfrans”), fındığın, kartofun (Cəlilabad, təzə), soğanın və xiyarın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin yanvar ayında almanın, üzümün, narın, heyvanın, qozun, naringinin, kivinin, limonun, portağalın, xurmanın, fındığın, pomidorun, bibərin, xiyarın və badımcanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–yanvar
| Məhsul | 2024 | 2023 | ||
|---|---|---|---|---|
| Tərəvəz | – | – | 12,3 min t | 12,2 mln $ |
| kartof | – | – | 220 t | 110,0 min $ |
| pomidor | – | – | 9 000 t | 10,5 mln $ |
| Meyvə | – | – | 28,6 min t | 32,9 mln $ |
| qoz-fındıq | – | – | 2 600 t | 12,4 mln $ |
| xurma | – | – | 14,1 min t | 10,8 mln $ |
| Pambıq mahlıcı | – | – | 8 400 t | 15,5 mln $ |
| Cəmi | – | – | – | 62,4 mln $ |
| sitrus meyvələri | 120 t | 100,0 min $ | 680 t | 470,0 min $ |
| üzüm | – | – | 150 t | 190,0 min $ |
| alma, armud, heyva | – | – | 8 300 t | 5,3 mln $ |
| nar | – | – | 2 700 t | 3,4 mln $ |
| Heyvandarlıq məhsulları | – | – | – | 1,4 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.