Aylıq informasiya bülleteni — Dekabr 2025
Əsas faktlar
- 2025-ci ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.9 faiz təşkil edib (Şəkil 2).
- 2025-ci ilin yanvar-dekabr aylarında yun, barama, kartof, tərəvəz və bostan məhsulları istisna olmaqla digər kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- Sentyabr-dekabr aylarında təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 958.5 min hektar və ya ötən ilin müvafiq dövrünə nisbətdə 1.7 faiz çox sahə şumlanıb (Cədvəl 2).
- 2025-ci ilin yanvar-dekabr aylarında 1,108.9 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 18.5 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin dekabr ayında almanın, kivinin, limonun və üzümün topdansatış qiyməti əvvəlki aya nisbətən azalıb, digər məhsulların qiyməti isə sabit qalıb və ya artıb (Cədvəl 4).
- Cari ilin dekabr ayında almanın, korolyokun, narın, fındığın, badamın, armudun (“Meşəgözəli”), heyvanın, kartofun, gül kələmin, xiyarın (“Melit”), noxudun və çuğundurun qiyməti keçən ilin müvafiq dövrünə nisbətən artıb, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə sabit qalıb və ya azalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–dekabr
| Məhsul | 2025 | 2024 | ||
|---|---|---|---|---|
| Tərəvəz | 285,5 min t | 238,0 mln $ | 229,9 min t | 210,8 mln $ |
| kartof | 71,4 min t | 28,4 mln $ | 48,3 min t | 20,5 mln $ |
| pomidor | 172,9 min t | 192,5 mln $ | 145,6 min t | 175,4 mln $ |
| Meyvə | 560,5 min t | 663,5 mln $ | 456,3 min t | 497,0 mln $ |
| qoz-fındıq | 20,3 min t | 174,4 mln $ | 20,8 min t | 131,3 mln $ |
| sitrus meyvələri | 3 600 t | 1,9 mln $ | 2 400 t | 1,3 mln $ |
| üzüm | 9 800 t | 10,4 mln $ | 6 900 t | 6,9 mln $ |
| qarpız, qovun | 17,9 min t | 8,4 mln $ | 9 200 t | 4,5 mln $ |
| alma, armud, heyva | 119,4 min t | 85,3 mln $ | 109,8 min t | 70,2 mln $ |
| ərik, albalı, gilas, şaftalı | 119,5 min t | 144,7 mln $ | 90,1 min t | 99,4 mln $ |
| nar | 36,0 min t | 35,3 mln $ | 33,9 min t | 29,8 mln $ |
| xurma | 187,5 min t | 144,2 mln $ | 154,3 min t | 113,7 mln $ |
| Gön-dəri | 2 200 t | 5,2 mln $ | 3 100 t | 8,1 mln $ |
| Heyvandarlıq məhsulları | – | 20,4 mln $ | – | 19,9 mln $ |
| Cəmi | – | 1,11 mlrd $ | – | 935,7 mln $ |
| Tütün xammalı | 5 100 t | 20,6 mln $ | 7 500 t | 22,9 mln $ |
| Pambıq mahlıcı | 109,3 min t | 159,5 mln $ | 118,5 min t | 177,1 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.