AgroHub

Aylıq informasiya bülleteni — Noyabr 2025

Noyabr 2025Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2025-ci ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.4 faiz təşkil edib (Şəkil 2).
  • 2025-ci ilin yanvar-noyabr aylarında yun, barama, tərəvəz və bostan məhsulları istisna olmaqla digər kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • Dekabr ayının 1-nə kimi təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 984.5 min hektar və ya ötən ilin müvafiq dövrünə nisbətdə 5.4 faiz çox sahə şumlanıb (Cədvəl 2).
  • 2025-ci ilin yanvar-noyabr aylarında 999.3 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 18.2 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin noyabr ayında almanın (“Qəndi sinab”), armudun (“Meşəgözəli”), üzümün, qozun, badamın, fındığın, kartofun (Qazax, təzə)”, pomidorun (“Bakı”), badımcanın, sarımsağın, noxudun topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə azalıb və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin noyabr ayında almanın, əzgilin, feyxoanın, fındığın, naringinin, heyvanın, kartofun (“Qazax, təzə)”, gül kələmin, yerkökünün, soğanın (“Ağdam, sarı)”, noxudun və sarımsağın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən artıb, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə sabit qalıb və ya azalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–noyabr

Məhsul20252024
Tərəvəz265,6 min t218,5 mln $212,0 min t189,5 mln $
kartof71,1 min t28,3 mln $48,3 min t20,5 mln $
pomidor158,3 min t175,4 mln $129,8 min t155,4 mln $
Meyvə496,7 min t589,1 mln $398,0 min t438,5 mln $
qoz-fındıq18,6 min t153,9 mln $18,7 min t117,7 mln $
sitrus meyvələri2 100 t1,1 mln $1 600 t844,3 mln $
üzüm9 400 t9,9 mln $5 800 t5,6 mln $
qarpız, qovun17,9 min t8,4 mln $9 200 t4,5 mln $
alma, armud, heyva105,1 min t74,5 mln $94,5 min t60,0 mln $
ərik, albalı, gilas, şaftalı119,5 min t144,7 mln $90,1 min t99,4 mln $
nar32,1 min t31,4 mln $29,4 min t25,8 mln $
xurma145,9 min t107,7 mln $120,3 min t86,5 mln $
Gön-dəri2 000 t4,9 mln $2 900 t7,6 mln $
Heyvandarlıq məhsulları–19,5 mln $–18,3 mln $
Cəmi–999,3 mln $–845,2 mln $
Tütün xammalı4 500 t16,5 mln $7 300 t22,3 mln $
Pambıq mahlıcı101,8 min t149,1 mln $112,6 min t168,0 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Noyabr 2025 · AgroHub