Aylıq informasiya bülleteni — Oktyabr 2025
Əsas faktlar
- 2025-ci ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.7 faiz təşkil edib (Şəkil 2).
- 2025-ci ilin yanvar-oktyabr aylarında yun, barama, kartof, tərəvəz və bostan məhsulları istisna olmaqla digər kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2025-ci ilin yanvar-oktyabr aylarında 875.1 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 18.2 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin oktyabr ayında narın (Kürdəmir), üzümün, kartofun, pomidorun, soğanın (Ağdam, sarı), bibərin, badımcanın, sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə azalıb və ya sabit qalıb (Cədvəl 3).
- Cari ilin oktyabr ayında almanın, armudun (“Meşəgözəli”), əzgilin, üzümün, feyxoanın (yerli, xırda), badamın, naringinin, narın, kartofun (Qırmızı), pomidorun, bibərin, soğanın (Qırmızı, yerli), badımcanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən azalıb, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə sabit qalıb və ya artıb (Cədvəl 4).
- 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 6420 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–oktyabr
| Məhsul | 2025 | 2024 | ||
|---|---|---|---|---|
| Tərəvəz | 249,6 min t | 200,9 mln $ | 200,0 min t | 175,2 mln $ |
| kartof | 71,0 min t | 28,2 mln $ | 48,2 min t | 20,5 mln $ |
| pomidor | 146,4 min t | 159,8 mln $ | 118,9 min t | 142,0 mln $ |
| Meyvə | 410,9 min t | 494,6 mln $ | 315,7 min t | 359,8 mln $ |
| qoz-fındıq | 16,4 min t | 127,2 mln $ | 15,8 min t | 97,8 mln $ |
| sitrus meyvələri | 900 t | 400,0 min $ | 400 t | 300,0 min $ |
| üzüm | 8 500 t | 8,6 mln $ | 5 000 t | 4,9 mln $ |
| qarpız, qovun | 17,8 min t | 8,4 mln $ | 9 200 t | 4,5 mln $ |
| alma, armud, heyva | 90,7 min t | 63,9 mln $ | 75,2 min t | 47,9 mln $ |
| ərik, albalı, gilas, şaftalı | 119,5 min t | 144,6 mln $ | 90,1 min t | 99,4 mln $ |
| nar | 21,4 min t | 20,5 mln $ | 18,6 min t | 16,4 mln $ |
| xurma | 91,9 min t | 66,9 mln $ | 74,5 min t | 52,9 mln $ |
| Pambıq mahlıcı | 96,3 min t | 141,3 mln $ | 106,5 min t | 160,4 mln $ |
| Gön-dəri | 1 700 t | 4,5 mln $ | 2 700 t | 7,2 mln $ |
| Heyvandarlıq məhsulları | – | 18,9 mln $ | – | 16,4 mln $ |
| Cəmi | – | 875,1 mln $ | – | 740,6 mln $ |
| Tütün xammalı | 3 800 t | 13,2 mln $ | 7 000 t | 21,5 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.