AgroHub

Aylıq informasiya bülleteni — Sentyabr 2025

Sentyabr 2025Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2025-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.8 faiz təşkil edib (Şəkil 2).
  • 2025-ci ilin yanvar-sentyabr aylarında yun, barama, günəbaxan, kartof, tərəvəz, bostan məhsulları və üzüm istisna olmaqla digər kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • Kənd təsərrüfatı və emal məhsulları 2025-ci ilin yanvar-sentyabr aylarında 771.5 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 18.5 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin sentyabr ayında almanın (“Qəndi sinab”), zoğalın, kivinin, limonun, şaftalının (“Fədai”, yerli), gavalının, armudun (“Düşes”), heyvanın, balqabağın, lobyanın, çuğundurun, xiyarın, kələmin, noxudun, sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə düşüb və ya sabit qalıb (Cədvəl 3).
  • Cari ilin sentyabr ayında armudun (“Meşəgözəli”), almanın (“Yay alması/Palmet”), gavalının, zoğalın, üzümün (“Viktoriya”), şaftalının (“Fədai”, yerli)”, fındığın, kartofun, pomidorun, soğanın (Ağdam, sarı), xiyarın, yerkökünün, kələmin qiyməti keçən ilin müvafiq dövrünə nisbətən artıb, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə düşüb və ya sabit qalıb (Cədvəl 4).
  • 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 6420 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–sentyabr

Məhsul20252024
Tərəvəz243,4 min t196,9 mln $197,2 min t172,3 mln $
kartof70,9 min t28,2 mln $48,2 min t20,5 mln $
pomidor144,0 min t157,2 mln $117,0 min t139,6 mln $
Meyvə331,0 min t405,6 mln $241,9 min t286,5 mln $
qoz-fındıq14,2 min t102,6 mln $12,3 min t74,1 mln $
sitrus meyvələri300 t100,0 min $200 t200,0 min $
üzüm4 400 t4,2 mln $2 700 t2,4 mln $
qarpız, qovun17,8 min t8,4 mln $9 200 t4,5 mln $
alma, armud, heyva78,5 min t55,1 mln $59,4 min t38,3 mln $
ərik, albalı, gilas, şaftalı118,9 min t144,0 mln $89,8 min t99,1 mln $
nar8 000 t7,2 mln $6 300 t5,6 mln $
xurma47,7 min t34,1 mln $37,7 min t29,1 mln $
Arpa7 500 t1,7 mln $100 t20,0 min $
Gön-dəri1 400 t3,9 mln $2 500 t6,6 mln $
Heyvandarlıq məhsulları–17,8 mln $–14,6 mln $
Cəmi–771,5 mln $–651,2 mln $
Tütün xammalı3 200 t10,9 mln $6 600 t20,4 mln $
Pambıq mahlıcı91,7 min t134,7 mln $99,3 min t150,7 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Sentyabr 2025 · AgroHub