AgroHub

Aylıq informasiya bülleteni — Avqust 2025

Avqust 2025Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2025-ci ilin yanvar-avqust aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.3 faiz təşkil edib (Şəkil 2).
  • 2025-ci ilin yanvar-avqust aylarında yun, barama, günəbaxan, kartof, tərəvəz, bostan məhsulları, üzüm və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2025-ci ilin yanvar-avqust aylarında 716.0 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 19.8 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin avqust ayında armudun (“Meşəgözəli”), üzümün, soğanın topdansatış qiyməti əvvəlki aya nisbətən azalıb, digər məhsulların qiyməti isə artıb və ya sabit qalıb (Cədvəl 3).
  • Cari ilin avqust ayında almanın, armudun (“Meşəgözəli”), çiyələyin (Xaçmaz, “Viktoriya” / Masallı), kartofun, pomidorun, soğanın (Ağdam, sarı) və xiyarın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən azalıb, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə artıb və ya sabit qalıb (Cədvəl 4).
  • 2025-ci ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 6332 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–avqust

Məhsul20252024
Tərəvəz237,8 min t195,6 mln $194,4 min t171,5 mln $
kartof70,9 min t28,2 mln $48,2 min t20,5 mln $
pomidor144,0 min t157,2 mln $117,0 min t139,5 mln $
Meyvə301,7 min t365,2 mln $213,7 min t252,5 mln $
qoz-fındıq13,0 min t90,5 mln $10,0 min t60,4 mln $
sitrus meyvələri200 t100,0 min $200 t200,0 min $
üzüm1 900 t1,5 mln $1 900 t1,6 mln $
qarpız, qovun17,7 min t8,3 mln $9 100 t4,4 mln $
alma, armud, heyva68,0 min t47,7 mln $47,6 min t31,2 mln $
ərik, albalı, gilas, şaftalı110,0 min t131,7 mln $82,3 min t91,3 mln $
nar5 200 t4,4 mln $3 700 t3,4 mln $
Gön-dəri1 300 t3,8 mln $2 200 t5,9 mln $
Heyvandarlıq məhsulları–17,1 mln $–12,9 mln $
Cəmi–716,0 mln $–597,4 mln $
xurma45,8 min t32,9 mln $35,4 min t27,8 mln $
Tütün xammalı2 600 t8,5 mln $5 600 t16,1 mln $
Pambıq mahlıcı84,3 min t124,7 mln $90,5 min t138,5 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Avqust 2025 · AgroHub