Aylıq informasiya bülleteni — May 2025
Əsas faktlar
- 2025-ci ilin yanvar-may aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 4 faiz təşkil edib (Şəkil 2).
- 2025-ci ilin yanvar-may aylarında yun istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2025-ci ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə eyni səviyyədə - 369.8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb (Cədvəl 2).
- 2025-ci ilin yanvar-may aylarında 408.4 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 8,7 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin may ayında qozun və fındığın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin may ayında almanın (“Pink”), armudun, qarpızın, qarğıdalı sütülünün, kartofun, pomidorun, xiyarın, çuğundurun, bibərin və badımcanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən aşağı olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə qalxıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–may
| Məhsul | 2025 | 2024 | ||
|---|---|---|---|---|
| Tərəvəz | – | – | 137,5 min t | 130,8 mln $ |
| kartof | 56,8 min t | 22,5 mln $ | 34,3 min t | 14,5 mln $ |
| pomidor | 98,7 min t | 113,8 mln $ | 86,1 min t | 108,6 mln $ |
| Meyvə | – | – | 93,4 min t | 120,4 mln $ |
| qoz-fındıq | – | – | 7 900 t | 48,1 mln $ |
| sitrus meyvələri | – | – | 200 t | 200,0 min $ |
| üzüm | 300 t | 200,0 min $ | 200 t | 200,0 min $ |
| alma, armud, heyva | – | – | 34,9 min t | 23,4 mln $ |
| ərik, albalı, gilas, şaftalı | – | – | 1 900 t | 1,9 mln $ |
| nar | 5 000 t | 4,3 mln $ | 3 700 t | 3,3 mln $ |
| Gön-dəri | – | – | 1 400 t | 4,1 mln $ |
| Heyvandarlıq məhsulları | – | – | – | 10,4 mln $ |
| Cəmi | – | – | – | 375,7 mln $ |
| xurma | – | – | 35,4 min t | 27,8 mln $ |
| Tütün xammalı | – | – | 3 700 t | 10,4 mln $ |
| Pambıq mahlıcı | – | – | 65,2 min t | 99,5 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.