AgroHub

Aylıq informasiya bülleteni — Aprel 2025

Aprel 2025Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2025-ci ilin yanvar-aprel aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.3 faiz təşkil edib (Şəkil 2).
  • 2025-ci ilin yanvar-aprel aylarında süd və yun istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2025-ci ilin yanvar-aprel aylarında 270.5 min hektar və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.8 faiz az sahədə yazlıq bitkilərin səpini aparılıb (Cədvəl 2).
  • 2025-ci ilin yanvar-aprel aylarında 285.3 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 1,8 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin aprel ayında armudun (“Meşəgözəli”), soğanın (Ağdam, sarı), kələmin topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin aprel ayında limonun (Lənkəran), armudun (“Meşəgözəli”), çiyələyin (“Murano”), badamın, kivinin, pomidorun, bibərin, çuğundurun və sarımsağın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən aşağı olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə qalxıb və ya sabit qalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–aprel

Məhsul20252024
Tərəvəz––67,5 min t78,5 mln $
kartof5 100 t1,8 mln $6 800 t2,5 mln $
pomidor60,1 min t74,7 mln $52,2 min t71,2 mln $
Meyvə––82,0 min t101,8 mln $
qoz-fındıq––7 000 t42,1 mln $
sitrus meyvələri––200 t200,0 min $
üzüm300 t200,0 min $200 t200,0 min $
alma, armud, heyva––32,0 min t21,4 mln $
nar––3 700 t3,3 mln $
Gön-dəri––1 100 t3,3 mln $
Cəmi–––280,3 mln $
xurma––35,4 min t27,8 mln $
Tütün xammalı––3 200 t8,9 mln $
Pambıq mahlıcı––51,6 min t78,3 mln $
Heyvandarlıq məhsulları–––9,5 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Aprel 2025 · AgroHub