AgroHub

Aylıq informasiya bülleteni — Fevral 2025

Fevral 2025Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2025-ci ilin yanvar-fevral aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.9 faiz təşkil edib (Şəkil 2).
  • 2025-ci ilin yanvar-fevral aylarında süd istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • Yaz əkininin əvvəlindən mart ayının 1-nə kimi 57.1 min hektar və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz az sahədə əkin aparılıb (Cədvəl 2).
  • 2025-ci ilin yanvar-fevral aylarında 140.8 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 3 faiz azalıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin fevral ayında naringinin, limonun, kivinin, fındığın, badamın, kartofun (Gədəbəy, iri), soğanın, pomidorun, xiyarın (“Patron”), kələmin, sarımsağın, balqabağın və noxudun topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin fevral ayında portağalın (Türkiyə), limonun, armudun (“Düşes”), üzümün (“Kardinal”), heyvanın, narın, naringinin, kartofun, soğanın (qırmızı), pomidorun, xiyarın və badımcanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən aşağı olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə qalxıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–fevral

Məhsul20252024
Tərəvəz––27,0 min t33,1 mln $
pomidor22,7 min t26,7 mln $21,7 min t30,0 mln $
Meyvə––60,1 min t66,4 mln $
qoz-fındıq––3 900 t23,0 mln $
sitrus meyvələri––150 t160,0 min $
üzüm260 t240,0 min $190 t230,0 min $
alma, armud, heyva––19,4 min t13,0 mln $
nar––2 800 t2,5 mln $
xurma––33,3 min t26,4 mln $
Pambıq mahlıcı––22,3 min t33,5 mln $
Heyvandarlıq məhsulları–––4,9 mln $
Cəmi–––145,1 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Fevral 2025 · AgroHub