Aylıq informasiya bülleteni — Yanvar 2025
Əsas faktlar
- 2025-ci ilin yanvar ayında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.1 faiz təşkil edib (Şəkil 2).
- 2025-ci ilin yanvar ayında südün istehsal həcmi azalıb, ətin, yumurtanın və tərəvəzin istehsal həcmi artıb (Cədvəl 1).
- 2025-ci il fevral ayının 1-nə kimi təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 1,060.2 min hektar və ya ötən ilin müvafiq dövrünə nisbətdə 8.2 faiz az sahə şumlanıb (Cədvəl 2).
- 2025-ci ilin yanvar ayında 73.6 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 5.2 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin yanvar ayında almanın, narın, naringinin, armudun (“Düşes”), üzümün, yerkökünün, xiyarın, kələmin, badımcanın və noxudun topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin yanvar ayında armudun (“Meşəgözəli”), üzümün (“Kardinal”), portağalın (Türkiyə), limonun, fındığın, naringinin, kartofun, soğanın (“Qırmızı”, yerli), xiyarın (“Patron”) və pomidorun (“Salxım”) qiyməti keçən ilin müvafiq dövrünə nisbətən aşağı və ya sabit olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə qalxıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–yanvar
| Məhsul | 2025 | 2024 | ||
|---|---|---|---|---|
| Tərəvəz | – | – | 14,6 min t | 18,2 mln $ |
| kartof | 110 t | 30,0 min $ | 290 t | 90,0 min $ |
| pomidor | 13,0 min t | 14,7 mln $ | 11,8 min t | 16,6 mln $ |
| Meyvə | – | – | 35,0 min t | 36,4 mln $ |
| qoz-fındıq | – | – | 1 800 t | 10,5 mln $ |
| üzüm | – | – | 150 t | 120,0 min $ |
| alma, armud, heyva | – | – | 10,0 min t | 6,7 mln $ |
| nar | – | – | 1 700 t | 1,5 mln $ |
| xurma | – | – | 21,1 min t | 17,1 mln $ |
| Pambıq mahlıcı | – | – | 7 100 t | 10,6 mln $ |
| Heyvandarlıq məhsulları | – | – | – | 1,9 mln $ |
| Cəmi | – | – | – | 70,0 mln $ |
| Tütün xammalı | – | – | 700 t | 2,0 mln $ |
| Gön-dəri | – | – | 300 t | 900,0 min $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.