Aylıq informasiya bülleteni — İyun 2026
Əsas faktlar
- 2026-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.9 faiz təşkil edib (Şəkil 2).
- 2026-cı ilin yanvar-iyun aylarında yun, barama, taxıl və tütün istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- Yaz əkininin əvvəlindən iyul ayının 1-nə kimi 378.4 min hektar və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 faiz çox sahədə əkin aparılıb (Cədvəl 2).
- 2026-cı ilin yanvar-iyun ayları ərzində 646.5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 19.9 faiz artıb (Şəkil 3).
- Cari ilin iyun ayında çiyələyin “Cəlilabad”, gilas “Napoleon”, moruğun, alçanın, limonun, şaftalının “Nektarin (yerli)” , qarağatın, kartofun “Tovuz təzə (iri)”, bibərin “yaşıl (yerli)”, sarımsağın, lobyanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən aşağı olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə sabit qalıb və ya qalxıb (Cədvəl 5).
- 2026-cı ilin yanvar-iyun ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cəmi 6773 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib (Cədvəl 6).
- 2026-cı ilin yanvar-iyun ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 2405 müraciət üzrə 47.9 milyon manat məbləğində texnika və avadanlıq təyinatlı güzəştli kredit, 15.4 milyon manat mikrokreditlər, 65 min manat güzəştli kredit verilmişdir.
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–iyun
| Məhsul | 2026 | 2025 | ||
|---|---|---|---|---|
| Tərəvəz | 240,8 min t | 203,6 mln $ | 217,8 min t | 184,3 mln $ |
| Kartof | 76,9 min t | 29,4 mln $ | 69,1 min t | 27,5 mln $ |
| Pomidor | 135,6 min t | 163,8 mln $ | 134,4 min t | 149,0 mln $ |
| Meyvə | 188,6 min t | 290,3 mln $ | 184,5 min t | 231,3 mln $ |
| qoz-fındıq | 9 200 t | 98,1 mln $ | 11,4 min t | 78,6 mln $ |
| qarpız, qovun | 8 200 t | 4,8 mln $ | 5 300 t | 2,5 mln $ |
| alma, armud, heyva | 52,0 min t | 42,1 mln $ | 53,5 min t | 37,9 mln $ |
| ərik, albalı, gilas, şaftalı | 26,2 min t | 38,6 mln $ | 37,1 min t | 43,8 mln $ |
| nar | 4 600 t | 4,0 mln $ | 5 000 t | 4,3 mln $ |
| xurma | 40,5 min t | 32,1 mln $ | 45,8 min t | 32,9 mln $ |
| Arpa | 6 300 t | 1,4 mln $ | 4 400 t | 1,0 mln $ |
| Tütün xammalı | 1 700 t | 5,6 mln $ | 2 200 t | 6,7 mln $ |
| Pambıq mahlıcı | 89,1 min t | 126,0 mln $ | 66,0 min t | 98,6 mln $ |
| Gön-dəri | 900 t | 2,6 mln $ | 1 100 t | 3,2 mln $ |
| Heyvandarlıq məhsulları | – | 17,0 mln $ | – | 14,0 mln $ |
| Cəmi | – | 646,5 mln $ | – | 539,1 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.