Dünya bazarı konyukturası — Dekabr 2019
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2019-cu ilin dekabr ayında orta hesabla 181.7 bənd təşkil edib, noyabr ayı ilə müqayisədə 2.5% (4.4 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 12.5% (20.2 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi dekabr ayında orta hesabla 164.3 bənd təşkil edib, noyabr ayı ilə müqayisədə 1.4% (2.2 bənd) çox, ötən ilin dekabr ayı ilə müqayisədə isə 2.1% (3.4 bənd) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi dekabr ayında orta hesabla 164.7 bənd təşkil edib, noyabr ayı ilə müqayisədə 9.4% (14.1 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 30.9% (38.9 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2018/2019-cu məhsul ili ilə müqayisədə 27 milyon ton artaraq 1042 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 181 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 3.0% çoxdur.
- 2018/2019-cu məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 3.4% artaraq 214 milyon ton olması proqnozlaşdırılır.
- 2018/2019-cu məhsul ilinə nəzərən 2019/2020-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 2.4% artaraq 754 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2018/2019-cu məhsul ili ilə müqayisədə 3.4% artaraq 288 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 38.0% səviyyəsində olacaq.
- Çində buğda ehtiyatlarının həcminin 2018/2019-cu məhsul ili ilə müqayisədə 4.3% artaraq 146 milyon tona çatması gözlənilir.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıqların həcminin 63 milyon tona düşməsi, istehsal həcminin isə 2018/2019-cu məhsul ili ilə müqayisədə 19 milyon ton çox (387 milyon ton) olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 9 milyon ton çox (450 milyon ton) olacaq.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.