Dünya bazarı konyukturası — Noyabr 2019
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2019-cu ilin noyabr ayında orta hesabla 177.2 bənd təşkil edib, oktyabr ayı ilə müqayisədə 2.7% (4.7 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 10.0% (15.4 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi noyabr ayında orta hesabla 162.4 bənd təşkil edib, oktyabr ayı ilə müqayisədə 1.2% (1.9 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 1.1% (1.7 bənd) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi noyabr ayında orta hesabla 150.6 bənd təşkil edib, oktyabr ayı ilə müqayisədə 10.4% (14.2 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 20.2% (25.3 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2018/2019-cu məhsul ili ilə müqayisədə 29 milyon ton artaraq 1043 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 180 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 3.0% çoxdur.
- 2018/2019-cu məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 2.9% artaraq 213 milyon ton olması proqnozlaşdırılır.
- 2018/2019-cu məhsul ilinə nəzərən 2019/2020-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 2.3% artaraq 754 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2018/19-cu məhsul ili ilə müqayisədə 3.9% artaraq 289 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 38.0% səviyyəsində olacaq.
- Çində buğda ehtiyatlarının həcminin 2018/2019-cu məhsul ili ilə müqayisədə 5% artaraq 147 milyon tona çatması gözlənilir.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıqların həcminin 63 milyon tona düşməsi, istehsal həcminin isə 2018/2019-cu məhsul ili ilə müqayisədə 20 milyon ton çox (388 milyon ton) olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 10 milyon ton çox (451 milyon ton) olacaq.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.