Dünya bazarı konyukturası — Oktyabr 2019
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2019-cu ilin oktyabr ayında orta hesabla 172.2 bənd təşkil edib, sentyabr ayı ilə müqayisədə 1.5% (2.5 bənd), ötən ilin oktyabr ayı ilə müqayisədə isə 5.7% (9.3 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi oktyabr ayında orta hesabla 164.0 bənd təşkil edib, sentyabr ayı ilə müqayisədə 4.2% (6.6 bənd) çox, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 1.0% (1.7 bənd) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi oktyabr ayında orta hesabla 136.4 bənd təşkil edib, sentyabr ayı ilə müqayisədə 0.5% (0.7 bənd), ötən ilin oktyabr ayı ilə müqayisədə isə 2.6% (3.5 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2018/19-cu məhsul ili ilə müqayisədə 29 milyon ton artaraq 1043 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 181 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 3.0% çoxdur.
- 2018/2019-cu məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 3.9% artaraq 215 milyon ton olması proqnozlaşdırılır.
- Dünyada buğda üzrə istehlakın 2019/20-ci məhsul ili üzrə 755 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da son zamanların ən yüksək göstəricisidir.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2018/19-cu məhsul ili ilə müqayisədə 3.6% artaraq 288 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 38.0% səviyyəsində olacaq.
- Çində buğda ehtiyatlarının həcminin 2018/19-cu məhsul ili ilə müqayisədə 4.3% artaraq 146 milyon tona çatması gözlənilir.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıqların həcminin 63 milyon tona düşməsi, istehsal həcminin isə 2018/19-cu məhsul ili ilə müqayisədə 22 milyon ton çox (390 milyon ton) olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 12 milyon ton çox (453 milyon ton) olacaq.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.