Dünya bazarı konyukturası — Sentyabr 2019
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2019-cu ilin sentyabr ayında orta hesabla 169.9 bənd təşkil edib, avqust ayı ilə müqayisədə dəyişməz olaraq qalmış, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 3.3% (5.4 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi sentyabr ayında orta hesabla 157.6 bənd təşkil edib, avqust ayı ilə müqayisədə 0.1% (0.2 bənd), ötən ilin sentyabr ayı ilə müqayisədə isə 3.9% (6.4 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2018/19-cu məhsul ili ilə müqayisədə 29 milyon ton artaraq 1043 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 180 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 3.0% çoxdur.
- 2018/2019-cu məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 2.9% artaraq 214 milyon ton olması proqnozlaşdırılır.
- Dünyada buğda üzrə istehlakın 2019/20-ci məhsul ili üzrə 755 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da son zamanların ən yüksək göstəricisidir.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2018/19-cu məhsul ili ilə müqayisədə 3.6% artaraq 288 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 38.0% səviyyəsində olacaq.
- Çində buğda ehtiyatlarının həcminin 2018/19-cu məhsul ili ilə müqayisədə 4.3% artaraq 146 milyon tona çatması gözlənilir.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıqların həcminin 64 milyon tona düşməsi, istehsal həcminin isə 2018/19-cu məhsul ili ilə müqayisədə 22 milyon ton çox olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 11 milyon ton çox olacaq.
- Qara dəniz regionu ölkələri qrupu üzrə istehsal həcminin 4.03% artaraq 129 milyon ton olması, ixracın isə 2.5 % azalaraq 59.6 milyon ton olması proqnozlaşdırılır. 2016-2018-ci illər ərzində buğdanın dünya bazarı qiymətində artım müşahidə olunmuşdur.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.