Dünya bazarı konyukturası — Avqust 2019
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2019-cu ilin avqust ayında orta hesabla 169.8 bənd təşkil edib, iyul ayı ilə müqayisədə 1.1% (1.9 bənd) az, ötən ilin avqust ayı ilə müqayisədə isə 1.1% (2.0 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi avqust ayında orta hesabla 157.6 bənd təşkil edib, iyul ayı ilə müqayisədə 6.4% (10.8 bənd), ötən ilin avqust ayı ilə müqayisədə isə 6.6% (11.1 bənd) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi avqust ayında orta hesabla 133.9 bənd təşkil edib, iyul ayı ilə müqayisədə 5.9% (7.5 bənd) çox, ötən ilin avqust ayı ilə müqayisədə isə 3.1% (4.2 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2018/19-cu məhsul ili ilə müqayisədə 30 milyon ton artaraq 1043 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 181 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin o rta göstəricisi ilə müqayisədə 3.0% çoxdur.
- 2018/2019-cu məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 2.9% artaraq 213 milyon ton olması proqnozlaşdırılır.
- Dünyada buğda üzrə istehlakın 2019/20-ci məhsul ili üzrə 756 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da son zamanların ən yüksək göstəricisidir.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2018/19-cu məhsul ili ilə müqayisədə 3.6% artaraq 287 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 38.0% səviyyəsində olacaq.
- Çində buğda ehtiyatlarının həcminin 2019/20-ci məhsul ili ilə müqayisədə 4.3% artaraq 146 milyon tona çatması gözlənilir.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıqların həcminin 63 milyon tona düşməsi, istehsal həcminin isə 2018/19-cu məhsul ili ilə müqayisədə 22 milyon ton çox olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 13 milyon ton çox olacaq.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.