Azərbaycanda pomidor istehsalı: arayış
Əsas faktlar
- 2024-cü ildə açıq və örtülü torpaqlar üzrə pomidorun əkin sahəsi 2019-cu ilə nisbətən 12.1%, 2023-cü ilə nisbətən isə 2.2% azalaraq 17.4 min hektar olub.
- 2024-cü ildə pomidorun əkin sahəsinin 85.6%-i (14.9 min ha) açıq, 14.4%-i (2.5 min ha) isə örtülü torpaqların payına düşüb (Qrafik 1).
- 2024-cü ildə pomidor istehsalı 2019-cu ilə nisbətən 16.5% artmış, 2023-cü ilə nisbətən isə 3.9% azalaraq 812.6 min ton olub.
- 2024-cü ildə pomidor istehsalının 41.6%-i açıq, 58.4%-i isə örtülü torpaqların payına düşüb (Qrafik 2).
- 2024-cü ildə ölkə üzrə pomidor istehsalının 60.0%-dən çoxu Şəmkir (20.2%), Abşeron (17.5%), Bakı (13.1%), Xaçmaz (7.3%) və Göyçay (5.9%) rayonlarının payına düşüb (Qrafik 3).
- 2024-cü ildə açıq torpaqlarda pomidorun məhsuldarlığı 2019-cu ilə nisbətən 13.6%, 2023-cü ilə nisbətən isə 3.2% artaraq 220.9 sent/ha olub (Qrafik 4).
- 2024-cü ildə Azərbaycandan pomidor ixracı 2023-cü ilə nisbətən 3.6% artaraq 145.6 min ton olub (Cədvəl 1).
- 2024-cü ildə Azərbaycandan pomidor ixracının 97.4%-i Rusiya bazarının payına düşüb, 1.6%-i Belarusun, 1.0%-i isə digər ölkələrə ixrac olunub (Cədvəl 2).
- 2024-cü ildə Azərbaycana pomidor idxalı 1.2 min ton olmuşdur.
- Bunun 69.5%-i Türkmənistanın, 17.9%-i İranın, 7.3%-i Türkiyənin, 5.3%-i isə digər ölkələrin payına düşüb.
İllik ixrac və idxal
İxrac — Pomidorun ixrac həcmi
| 2015 | 65,0 min t | 57,8 mln $ |
| 2016 | 101,0 min t | 94,2 mln $ |
| 2017 | 153,6 min t | 151,6 mln $ |
| 2018 | 171,9 min t | 177,4 mln $ |
| 2019 | 174,5 min t | 189,3 mln $ |
| 2020 | 187,7 min t | 201,5 mln $ |
| 2021 | 145,2 min t | 160,2 mln $ |
| 2022 | 141,4 min t | 167,6 mln $ |
| 2023 | 140,6 min t | 162,0 mln $ |
| 2024 | 145,6 min t | 175,4 mln $ |
İxrac — Azərbaycandan pomidor ixracının ölkələr üzrə bölgüsü
| 2022 | 141,4 min t | 167,6 mln $ |
| 2023 | 140,6 min t | 162,0 mln $ |
| 2024 | 145,6 min t | 175,4 mln $ |
Ölkələr üzrə
| Ölkə | İstiqamət | İl | Həcm | Dəyər |
|---|---|---|---|---|
| Rusiya | İxrac | 2022 | 137,6 min t | 161,6 mln $ |
| Rusiya | İxrac | 2023 | 137,4 min t | 156,6 mln $ |
| Rusiya | İxrac | 2024 | 141,8 min t | 168,7 mln $ |
| Belarus | İxrac | 2022 | 2 861 t | 5,1 mln $ |
| Belarus | İxrac | 2023 | 1 422 t | 3,2 mln $ |
| Belarus | İxrac | 2024 | 2 367 t | 5,1 mln $ |
| Gürcüstan | İxrac | 2022 | 117 t | 52,0 min $ |
| Gürcüstan | İxrac | 2023 | 96,4 t | 36,7 min $ |
| Gürcüstan | İxrac | 2024 | 563 t | 359,7 min $ |
| Polşa | İxrac | 2022 | 392 t | 555,9 min $ |
| Polşa | İxrac | 2023 | 1 152 t | 1,7 mln $ |
| Polşa | İxrac | 2024 | 554 t | 844,5 min $ |
| Ukrayna | İxrac | 2022 | 311 t | 228,9 min $ |
| Ukrayna | İxrac | 2023 | 374 t | 298,8 min $ |
| Ukrayna | İxrac | 2024 | 88,9 t | 92,3 min $ |
| Digər | İxrac | 2022 | 152 t | 108,8 min $ |
| Digər | İxrac | 2023 | 113 t | 153,1 min $ |
| Digər | İxrac | 2024 | 215 t | 282,4 min $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.