AgroHub

Dünya bazarı konyukturası — İyul 2019

İyul 2019Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • FAO-nun ərzaq qiymətləri indeksi, illik (2002-2004- (FAO-nun 1 Avqust 2019-cu il tarixli açıqlaması) qədər aşağı düşmüşdür.
  • Qlobal Ərzaq Qiyməti İndeksi 2019-cu ilin iyul ayında orta hesabla 170.9 bənd təşkil edib, iyun ayı ilə müqayisədə 1.1% (1.8 bənd) az, ötən ilin iyul ayı ilə müqayisədə isə 2.3% (3.8 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi iyul ayında orta hesabla 168.6 bənd təşkil edib, iyun ayı ilə müqayisədə 2.7% (4.6 bənd) az, ötən ilin iyul ayı ilə müqayisədə isə 4.1% (6.7 bənd) çoxdur.
  • Bitki Yağlarının Qiymət İndeksi iyul ayında orta hesabla 126.5 bənd təşkil edib, iyun ayı ilə müqayisədə 0.8% (1.0 bənd) çox, ötən ilin iyul ayı ilə müqayisədə isə 10.9% (15.4 bənd) azdır.
  • Ət Məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla 176.2 bənd təşkil edib, iyun ayı ilə müqayisədə 0.6% (1.0 bənd), ötən ilin iyul ayı ilə müqayisədə isə 6.7% (11.0 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla 193.5 bənd təşkil edib, iyun ayı ilə müqayisədə 2.9% (5.7 bənd), ötən ilin iyul ayı ilə müqayisədə isə 2.8% (5.6 bənd) azdır.
  • Şəkər Məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla 182.2 bənd təşkil edib, iyun ayı ilə müqayisədə 0.6% (1.1 bənd) az, ötən ilin iyul ayı ilə müqayisədə isə 9.6% (16.0 bənd) çoxdur.
  • FAO-nun ərzaq qiymətləri indeksi, məhsullar üzrə, aylıq (2002-2004-cü illər 100 götürülüb) (ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 12 Avqust 2019-cu il tarixli hesabatı əsasında hazırlanıb) 2019/20-ci məhsul ili üzrə qlobal buğda istehsalı həcminin 768 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da son zamanların ən yüksək göstəricisidir.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2018/19-cu məhsul ili ilə müqayisədə 32 milyon ton artaraq 1044 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 183 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 4.0% çoxdur.
  • 2018/2019-cu məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 3.9% artaraq 214 milyon ton olması proqnozlaşdırılır.
  • Dünyada buğda üzrə istehlakın 2019/20-ci məhsul ili üzrə 758 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da son zamanların ən yüksək göstəricisidir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — İyul 2019 · AgroHub