Dünya bazarı konyukturası — İyun 2019
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2019-cu ilin iyun ayında orta hesabla 173.0 bənd təşkil edib, may ayı ilə müqayisədə 0.3% (0.5 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 0.2% azdır.
- Taxıl Qiyməti İndeksi iyun ayında orta hesabla 173.2 bənd təşkil edib, may ayı ilə müqayisədə 6.7% (11 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 3.8% (6.4 bənd) çoxdur.
- Bitki Yağlarının Qiymət İndeksi iyun ayında orta hesabla 125.5 bənd təşkil edib, may ayı ilə müqayisədə 1.6% (2.0 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 14.1% (20.6 bənd) azdır.
- Süd Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 199.2 bənd təşkil edib, may ayı ilə müqayisədə 11.9% (26.9 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 6.6% (14 bənd) azdır.
- Ət Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 176.0 bənd təşkil edib, may ayı ilə müqayisədə 1.5% (2.6 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 5.7% (9.5 bənd) çoxdur.
- Şəkər Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 183.3 bənd təşkil edib, may ayı ilə müqayisədə 4.2% (7.4 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 3.3% (5.9 bənd) çoxdur.
- FAO-nun ərzaq qiymətləri indeksi, məhsullar üzrə, aylıq (2002-2004-cü illər 100 götürülüb) FAO-nun ərzaq qiymətləri indeksi, illik (2002-2004- (ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 11 İyul 2019-cu il tarixli hesabatı əsasında hazırlanıb) 2019/20-ci məhsul ili üzrə qlobal buğda istehsalı həcminin 771 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da son zamanların ən yüksək göstəricisidir.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2018/19-cu məhsul ili ilə müqayisədə 35 milyon ton artaraq 1047 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 183 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 4.0% çoxdur.
- Dünyada buğda üzrə istehlakın 2018/19-cu məhsul ili üzrə 760 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da son zamanların ən yüksək göstəricisidir.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2018/19-cu məhsul ili ilə müqayisədə 4.4% artaraq 286 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 38.0% səviyyəsində olacaq.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.