Dünya bazarı konyukturası — May 2019
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2019-cu ilin may ayında orta hesabla 172.4 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 1.2% (2.1 bənd) çox, ötən ilin may ayı ilə müqayisədə isə 1.9% azdır.
- Taxıl Qiyməti İndeksi may ayında orta hesabla 162.3 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 1.4% (2.2 bənd) çox, ötən ilin may ayı ilə müqayisədə isə 6.0% azdır.
- Bitki Yağlarının Qiymət İndeksi may ayında orta hesabla 127.4 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 1.1% (1.3 bənd) az, ötən ilin may ayı ilə müqayisədə isə 15.4% azdır.
- Süd Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 226.1 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 5.2% (11.2 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 5.1% (10.9 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 170.2 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 0.3% (0.4 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 0.9% (1.6 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2018/19-cu məhsul ili ilə müqayisədə 44 milyon ton artaraq 1057 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 185 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 4.0% çoxdur.
- Dünyada buğda üzrə istehlakın 2018/19-cu məhsul ili üzrə 747 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 4.0% çoxdur.
- Proqnozlar reallaşacağı halda, qlobal buğda ehtiyatlarının həcminin 2018/19-cu məhsul ili ilə müqayisədə 6.1% artaraq 294 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 39.0% səviyyəsində olacaq.
- Çində buğda ehtiyatlarının həcminin 2018/19-cu məhsul ili ilə müqayisədə 4.3% artaraq 146 milyon tona çatması gözlənilir.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıqların həcminin 61 milyon tona düşməsi, istehsal həcminin isə 2018/19-cu məhsul ili ilə müqayisədə 36 milyon ton çox olacağı gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.