AgroHub

Dünya bazarı konyukturası — Aprel 2019

Aprel 2019Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2019-cu ilin aprel ayında orta hesabla 170 bənd təşkil edib, mart ayı ilə müqayisədə 2.5 bənd (1.5%) çox, ötən ilin aprel ayı ilə müqayisədə isə 2.3 faiz azdır.
  • Taxıl Qiyməti İndeksi aprel ayında orta hesabla 160.1 bənd təşkil edib, mart ayı ilə müqayisədə 4.7 bənd (2.8 %), ötən ilin aprel ayı ilə müqayisədə isə 8.4 bənd (5.0%) azdır.
  • Bitki Yağlarının Qiymət İndeksi aprel ayında orta hesabla 128.7 bənd təşkil edib, mart ayı ilə müqayisədə 1.1 bənd (0.9%) çox, ötən ilin aprel ayı ilə müqayisədə isə 25.9 bənd (16.8%) azdır.
  • Süd Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 215.0 bənd təşkil edib, mart ayı ilə müqayisədə 10.7 bənd (5.2%), ötən ilin aprel ayı ilə müqayisədə isə 10.9 bənd (5.3%) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 169.1 bənd təşkil edib, mart ayı ilə müqayisədə 4.9 bənd (3.0%) çox, ötən ilin aprel ayı ilə müqayisədə isə 1.3 bənd (0.8%) azdır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2018/19-cu məhsul ili ilə müqayisədə 39 milyon ton azalaraq 1052 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 185 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 4% çoxdur.
  • Dünyada buğda üzrə istehlakın 2019/20-ci məhsul ili üzrə 759 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici 2009-cu ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
  • Proqnozlar reallaşacağı halda, qlobal buğda ehtiyatlarının həcminin 2018/19-cu məhsul ili ilə müqayisədə 6% artaraq 293 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 39.0% səviyyəsində olacaq.
  • Çində buğda ehtiyatlarının həcminin 2018/19-ci məhsul ili ilə müqayisədə 7.0% artaraq 140.0 milyon tona çatması gözlənilir.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıqların həcminin 59 milyon tona enəcəyi, istehsal həcminin isə 34 milyon ton çox olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Aprel 2019 · AgroHub