Dünya bazarı konyukturası — Mart 2019
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2019-cu ilin mart ayında orta hesabla 167 bənd təşkil edib, fevral ayı ilə müqayisədə sabit, ötən ilin mart ayı ilə müqayisədə isə 3.6 bənd azdır.
- Taxıl Qiyməti İndeksi mart ayında orta hesabla 164.8 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 2.2 bənd (3.7%) az, ötən ilin mart ayı ilə müqayisədə isə 0.6 bənd (0.4) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi mart ayında orta hesabla 127.6 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 5.9 bənd (4.4%), ötən ilin mart ayı ilə müqayisədə isə 29.2 bənd (18.6%) azdır.
- Süd Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 204.3 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 11.9 bənd (6.2%), ötən ilin mart ayı ilə müqayisədə isə 6.9 bənd (3.5%) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 162.5 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 0.6 bənd (0.4%) çox, ötən ilin mart ayı ilə müqayisədə isə 8.5 bənd (5.0%) azdır.
- Şəkər Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 180.4 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 3.8 bənd (2.1%), ötən ilin mart ayı ilə müqayisədə isə 5.1 bənd (2.7%) azdır.
- FAO-nun ərzaq qiymətləri indeksi, məhsullar üzrə, aylıq (2002-2004-cü illər 100 götürülüb) FAO-nun ərzaq qiymətləri indeksi, illik (2002-2004- (ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 09 aprel 2019-cu il tarixli hesabatı əsasında hazırlanıb) 2018/19-cu məhsul ili üzrə qlobal buğda istehsalı həcminin 733 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da 2017/18-ci məhsul ilinin göstəricisindən 4.0% aşağıdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2017/18-ci məhsul ili ilə müqayisədə 11 milyon ton azalaraq 1015 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin həcminin 2017/18-ci məhsul ili ilə müqayisədə 2.0% azalacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 3.0% çoxdur.
- Dünyada buğda üzrə istehlakın 2018/19-cu məhsul ili üzrə 739 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici ötən il ilə müqayisədə az, lakin son 5 ilin orta göstəricisi ilə müqayisədə 2.0% çoxdur.
- Proqnozlar reallaşacağı halda, qlobal buğda ehtiyatlarının həcminin 2017/18-ci məhsul ili ilə müqayisədə 2.5% azalaraq 275 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 37.0% səviyyəsində olacaq.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.