Dünya bazarı konyukturası — Fevral 2019
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2019-cu ilin fevral ayında orta hesabla 167.5 bənd təşkil edib, yanvar ayı ilə müqayisədə 2.7 bənd (1.7%) çox, ötən ilin fevral ayı ilə müqayisədə isə 4 bənd (2.3%) azdır.
- Taxıl Qiyməti İndeksi fevral ayında orta hesabla 169 bənd təşkil edib, yanvar ayı ilə müqayisədə 0.3 bənd (0.2%), ötən ilin fevral ayı ilə müqayisədə isə 8 bənd (4.7%) çoxdur.
- Bitki Yağlarının Qiymət İndeksi fevral ayında orta hesabla 133.5 bənd təşkil edib, yanvar ayı ilə müqayisədə 2.3 bənd (1.8%) artaraq 2018-ci ilin oktyabr ayından sonra ən yüksək səviyyəyə çatıb.
- Süd Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 192.4 bənd təşkil edib, yanvar ayı ilə müqayisədə 10.3 bənd (5.6%) çoxdur, hazırda ötən ilin fevral ayı ilə müqayisədə isə 1.3 bənd (0.7%) azdır.
- Ət Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 163.6 bənd təşkil edib, yanvar ayı ilə müqayisədə 1.2 bənd (0.7%) çox, lakin ötən ilin fevral ayı ilə müqayisədə 6.7 bənd (4.0%) azdır.
- Şəkər Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 184 bənd təşkil edib, yanvar ayı ilə müqayisədə 2.2 bənd (1.2%) çox, ötən ilin fevral ayı ilə müqayisədə 8.3 bənd (4.3%) azdır.
- FAO-nun ərzaq qiymətləri indeksi, məhsullar üzrə, aylıq (2002-2004-cü illər 100 götürülüb) FAO-nun ərzaq qiymətləri indeksi, illik (2002-2004- (ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 2019-cu il tarixli hesabatı əsasında hazırlanıb) 2018/19-cu məhsul ili üzrə qlobal buğda istehsalı həcminin 733 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da 2017/18-ci məhsul ilinin göstəricisindən 3.9% aşağıdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2016/17-ci məhsul ili ilə müqayisədə 11 milyon ton azalaraq 1013 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 179 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 3% çoxdur.
- Dünyada buğda üzrə istehlakın 2018/19-cu məhsul ili üzrə 742 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici ötən il ilə müqayisədə az, lakin son 5 ilin orta göstəricisi ilə müqayisədə 3.0% çoxdur.
- Proqnozlar reallaşacağı halda, qlobal buğda ehtiyatlarının həcminin 2017/18-ci məhsul ili ilə müqayisədə 3.2% azalaraq 271 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 36.5% səviyyəsində olacaq.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.