Dünya bazarı konyukturası — Yanvar 2019
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2019-cu ilin yanvar ayında orta hesabla 164.8 bənd təşkil edib, dekabr ayı ilə müqayisədə 1.8% çox, ötən ilin yanvar ayı ilə müqayisədə isə 2.2% azdır.
- Taxıl Qiyməti İndeksi yanvar ayında orta hesabla 168.7 bənd təşkil edib, dekabr ayı ilə müqayisədə 0.5% (0.9 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 7.7% (12.1 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2016/17-ci məhsul ili ilə müqayisədə 9 milyon ton azalaraq 1015 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 179 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 7.0% çoxdur.
- Dünyada buğda üzrə istehlakın 2018/19-cu məhsul ili üzrə 747 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 4.0% çoxdur.
- Proqnozlar reallaşacağı halda, qlobal buğda ehtiyatlarının həcminin 2017/18-ci məhsul ili ilə müqayisədə 4.3% azalaraq 268 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 36.0% səviyyəsində olacaq.
- Çində buğda ehtiyatlarının həcminin 2017/18-ci məhsul ili ilə müqayisədə 6.9% artaraq 140 milyon tona çatması gözlənilir.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıqların həcminin 72 milyon tonda sabit qalacağı, istehsal həcminin isə 27 milyon ton az olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 26 milyon ton az olacaq.
- Qara dəniz regionu ölkələri qrupu üzrə istehsal həcminin 11.3% azalaraq 126 milyon ton olması, ixracın isə 8.8% azalaraq 63 milyon ton olması proqnozlaşdırılır. 2016-2018-ci illər ərzində buğdanın dünya bazarı qiymətində artım müşahidə olunmuşdur.
- Aylıq müşahidə dövründə isə 2019-cu ilin yanvar ayında buğdanın 1 tonunun dünya bazarı qiyməti əvvəlki ay ilə müqayisədə 5.4% azalaraq 209.8 ABŞ dolları səviyyəsində qərarlaşmışdır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.