AgroHub

Dünya bazarı konyukturası — Dekabr 2020

Dekabr 2020Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2020-ci ilin dekabr ayında orta hesabla 107.5 bənd təşkil edib, noyabr ayı ilə müqayisədə 2.2% (2.3 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 6.5% (6.6 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi dekabr ayında orta hesabla 94.3 bənd təşkil edib, noyabr ayı ilə müqayisədə 1.7% (1.6 bənd) çox, ötən ilin dekabr ayı ilə müqayisədə isə 11.6% (12.3 bənd) azdır.
  • Süd Məhsullarının Qiymət İndeksi dekabr ayında orta hesabla 108.8 bənd təşkil edib, noyabr ayı ilə müqayisədə 3.2% (3.4 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 5.0% (5.2 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi dekabr ayında orta hesabla 115.7 bənd təşkil edib, noyabr ayı ilə müqayisədə 1.1% (1.3 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 19.0% (18.5 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2019/2020-ci məhsul ili ilə müqayisədə 26 milyon ton artaraq 1073 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2020/2021-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 3 milyon ton azalaraq 194 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin dəyişməyərək 224 milyon ton olması proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən 2020/2021-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 1.74% artaraq 760 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 4.34% artaraq 313 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 41.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 65.9 milyon tona düşməsi, istehsal həcminin isə 2019/2020-ci məhsul ili ilə müqayisədə 1.1 milyon ton çox (406.4 milyon ton) olacağı gözlənilir.
  • Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 5.3 milyon ton az (472.3 milyon ton) olacaq.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Dekabr 2020 · AgroHub