AgroHub

Dünya bazarı konyukturası — Noyabr 2020

Noyabr 2020Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2020-ci ilin noyabr ayında orta hesabla 105.0 bənd təşkil edib, oktyabr ayı ilə müqayisədə 3.9% (4.0 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 6.5% (6.4 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi noyabr ayında orta hesabla 91.9 bənd təşkil edib, oktyabr ayı ilə müqayisədə 0.9% (0.8 bənd) çox, ötən ilin noyabr ayı ilə müqayisədə isə 13.7% (14.6 bənd) azdır.
  • Süd Məhsullarının Qiymət İndeksi noyabr ayında orta hesabla 105.3 bənd təşkil edib, oktyabr ayı ilə müqayisədə 0.9% (0.9 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 2.7% (2.8 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi noyabr ayında orta hesabla 114.4 bənd təşkil edib, oktyabr ayı ilə müqayisədə 2.5% (2.7 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 19.9% (19.0 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2019/2020-ci məhsul ili ilə müqayisədə 25 milyon ton artaraq 1074 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2020/2021-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 3 milyon ton artaraq 194 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin dəyişməyərək 226 milyon ton olması proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən 2020/2021-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 1.34% artaraq 758 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 5.32% artaraq 317 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 42.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 67.1 milyon tona düşməsi, istehsal həcminin isə 2019/2020-ci məhsul ili ilə müqayisədə 0.6 milyon ton çox (405.9 milyon ton) olacağı gözlənilir.
  • Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 5.6 milyon ton az (473.0 milyon ton) olacaq.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Noyabr 2020 · AgroHub