Dünya bazarı konyukturası — Oktyabr 2020
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2020-ci ilin oktyabr ayında orta hesabla 100.9 bənd təşkil edib, sentyabr ayı ilə müqayisədə 3.1% (3.0 bənd), ötən ilin oktyabr ayı ilə müqayisədə isə 6.0% (5.7 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi oktyabr ayında orta hesabla 111.6 bənd təşkil edib, sentyabr ayı ilə müqayisədə 7.2% (7.5 bənd), ötən ilin oktyabr ayı ilə müqayisədə isə 16.5% (15.8 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2019/2020-ci məhsul ili ilə müqayisədə 24 milyon ton artaraq 1073 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 2020/2021-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 1 milyon ton azalaraq 191 milyon ton olacağı proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin dəyişməyərək 225 milyon ton olması proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən 2020/2021-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 0.67% artaraq 753 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 6.31% artaraq 320 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 43.0% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 67.1 milyon tona düşməsi, istehsal həcminin isə 2019/2020-ci məhsul ili ilə müqayisədə 1.1 milyon ton az (404.2 milyon ton) olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 7.3 milyon ton az (471.3 milyon ton) olacaq.
- Çində buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 7.89% artaraq 164 milyon tona çatması gözlənilir.
- Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2020/2021-ci məhsul ilində istehsal həcminin 4.62% artaraq 136 milyon ton olması, ixracın isə 1.42% artaraq 64.2 milyon ton olması proqnozlaşdırılır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.