Dünya bazarı konyukturası — Sentyabr 2020
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2020-ci ilin sentyabr ayında orta hesabla 97.9 bənd təşkil edib, avqust ayı ilə müqayisədə 2.1% (2.0 bənd), ötən ilin sentyabr ayı ilə müqayisədə isə 4.9% (4.6 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi sentyabr ayında orta hesabla 104.0 bənd təşkil edib, avqust ayı ilə müqayisədə 5.1% (5.0 bənd), ötən ilin sentyabr ayı ilə müqayisədə isə 13.6% (12.4 bənd) çoxdur.
- Bitki Yağlarının Qiymət İndeksi sentyabr ayında orta hesabla 104.6 bənd təşkil edib, avqust ayı ilə müqayisədə 6.0% (5.9 bənd), ötən ilin sentyabr ayı ilə müqayisədə isə 24.6 % (20.7 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2019/2020-ci məhsul ili ilə müqayisədə 23 milyon ton artaraq 1072 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 2020/2021-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 2 milyon ton azalaraq 190 milyon ton olacağı proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin dəyişməyərək 225 milyon ton olması proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən 2020/2021-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 0.27% artaraq 751 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 7.36% artaraq 321 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 43.0% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 66.7 milyon tona düşməsi, istehsal həcminin isə 2019/2020-ci məhsul ili ilə müqayisədə 0.3 milyon ton az (405.2 milyon ton) olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 6.3 milyon ton az (471.9 milyon ton) olacaq.
- Çində buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 7.89% artaraq 164 milyon tona çatması gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.