Dünya bazarı konyukturası — Avqust 2020
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2020-ci ilin avqust ayında orta hesabla 96.1 bənd təşkil edib, iyul ayı ilə müqayisədə 2.0% (1.8 bənd), ötən ilin avqust ayı ilə müqayisədə isə 2.2% (2.1 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi avqust ayında orta hesabla 98.7 bənd təşkil edib, iyul ayı ilə müqayisədə 1.9% (1.8 bənd), ötən ilin avqust ayı ilə müqayisədə isə 7.0% (6.5 bənd) çoxdur.
- Bitki Yağlarının Qiymət İndeksi avqust ayında orta hesabla 98.7 bənd təşkil edib, iyul ayı ilə müqayisədə 5.9% (5.5 bənd), ötən ilin avqust ayı ilə müqayisədə isə 19.5% (16.1 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi avqust ayında orta hesabla 93.2 bənd təşkil edib, iyul ayı ilə müqayisədə 0.1% (0.1 bənd) çox, ötən ilin avqust ayı ilə müqayisədə isə 8.9% (9.1 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2019/2020-ci məhsul ili ilə müqayisədə 22 milyon ton artaraq 1070 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 2020/2021-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 2 milyon ton azalaraq 189 milyon ton olacağı proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 0.88% azalaraq 224 milyon ton olması proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən 2020/2021-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 0.40% artaraq 751 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 6.33% artaraq 319 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 43.0% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 67.3 milyon tona düşməsi, istehsal həcminin isə 2019/2020-ci məhsul ili ilə müqayisədə 2.5 milyon ton az (402.0 milyon ton) olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 8.5 milyon ton az (469.3 milyon ton) olacaq.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.