AgroHub

Dünya bazarı konyukturası — İyun 2020

İyun 2020Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2020-ci ilin iyun ayında orta hesabla 93.2 bənd təşkil edib, may ayı ilə müqayisədə 2.4% (2.2 bənd) çox, ötən ilin iyun ayı ilə müqayisədə isə 2.2% (2.1 bənd) azdır.
  • Taxıl Qiyməti İndeksi iyun ayında orta hesabla 96.9 bənd təşkil edib, may ayı ilə müqayisədə 0.6% (0.6 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 1.9% (1.9 bənd) azdır.
  • Bitki Yağlarının Qiymət İndeksi iyun ayında orta hesabla 86.6 bənd təşkil edib, may ayı ilə müqayisədə 11.3% (8.8 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 11.8% (9.1 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 95.2 bənd təşkil edib, may ayı ilə müqayisədə 0.6% (0.5 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 6.0% (6.1 bənd) azdır.
  • Süd Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 98.2 bənd təşkil edib, may ayı ilə müqayisədə 4.0% (3.8 bənd) çox, ötən ilin iyun ayı ilə müqayisədə isə 4.6% (4.7 bənd) azdır.
  • Şəkər Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 75.0 bənd təşkil edib, may ayı ilə müqayisədə 10.6% (7.2 bənd) çox, ötən ilin iyun ayı ilə müqayisədə isə 6.1% (4.9 bənd) azdır. (ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 İyul 2020-ci il tarixli hesabatı əsasında hazırlanıb) 2020/2021-ci məhsul ili üzrə qlobal buğda istehsalı həcminin rekord həddə çataraq 769 milyon ton olacağı proqnozlaşdırılır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2019/2020-ci məhsul ili ilə müqayisədə 21 milyon ton artaraq 1069 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2020/2021-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə dəyişməyərək 188 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 1.35% azalaraq 219 milyon ton olması proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən 2020/2021-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 0.53% artaraq 752 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 6.06% artaraq 315 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 42.0% səviyyəsində olacaq.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — İyun 2020 · AgroHub