AgroHub

Dünya bazarı konyukturası — May 2020

May 2020Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2020-ci ilin may ayında orta hesabla 162.5 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 1.9% (3.1 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 6.5% (11.3 bənd) azdır.
  • Taxıl Qiyməti İndeksi may ayında orta hesabla 162.2 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 1.0% (1.6 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 0.1% (0.1 bənd) azdır.
  • Bitki Yağlarının Qiymət İndeksi may ayında orta hesabla 128.1 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 2.8% (3.7 bənd) az, ötən ilin may ayı ilə müqayisədə isə 0.5% (0.7 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 168.0 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 0.8% (1.3 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 3.6% (6.3 bənd) azdır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2019/2020-ci məhsul ili ilə müqayisədə 25 milyon ton artaraq 1069 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2020/2021-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 1.61% artaraq 189 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 0.91% artaraq 221 milyon ton olması proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən 2020/2021-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 0.67% artaraq 753 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 6.76% artaraq 316 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 42.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 96.4 milyon tona qalxması, istehsal həcminin isə 2019/2020-ci məhsul ili ilə müqayisədə 0.8 milyon ton çox (405.1 milyon ton) olacağı gözlənilir.
  • Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 27.8 milyon ton çox (501.5 milyon ton) olacaq.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — May 2020 · AgroHub