AgroHub

Dünya bazarı konyukturası — Aprel 2020

Aprel 2020Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2020-ci ilin aprel ayında orta hesabla 165.5 bənd təşkil edib, mart ayı ilə müqayisədə 3.4% (5.7 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 3.0% (5.2 bənd) azdır.
  • Taxıl Qiyməti İndeksi aprel ayında orta hesabla 164.0 bənd təşkil edib, mart ayı ilə müqayisədə 0.2% (0.3 bənd) az, ötən ilin aprel ayı ilə müqayisədə isə 2.4% (3.9 bənd) çoxdur.
  • Bitki Yağlarının Qiymət İndeksi aprel ayında orta hesabla 131.8 bənd təşkil edib, mart ayı ilə müqayisədə 5.2% (7.2 bənd) az, ötən ilin aprel ayı ilə müqayisədə isə 2.4% (3.1 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 168.8 bənd təşkil edib, mart ayı ilə müqayisədə 2.7% (4.7 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 1.2% (2.1 bənd) azdır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2019/2020-ci məhsul ili ilə müqayisədə 20 milyon ton artaraq 1064 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2020/2021-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 2.73% artaraq 188 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 1.83% artaraq 222 milyon ton olması proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən 2020/2021-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 0.53% artaraq 753 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 5.08% artaraq 310 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 41.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 61 milyon tona düşməsi, istehsal həcminin isə 2019/2020-ci məhsul ili ilə müqayisədə 3 milyon ton çox (391 milyon ton) olacağı gözlənilir.
  • Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 1 milyon ton az (453 milyon ton) olacaq.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Aprel 2020 · AgroHub