Dünya bazarı konyukturası — Mart 2020
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2020-ci ilin mart ayında orta hesabla 172.2 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 4.2% (7.8 bənd) az, ötən ilin mart ayı ilə müqayisədə isə 2.8% (4.6 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi mart ayında orta hesabla 164.6 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 1.9% (3.2 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 0.1% (0.2 bənd) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi mart ayında orta hesabla 139.1 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 12.0% (19.0 bənd) az, ötən ilin mart ayı ilə müqayisədə isə 9.0% (11.4 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 176.0 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 0.6% (1.0 bənd) az, ötən ilin mart ayı ilə müqayisədə isə 7.0% (11.6 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2018/2019-cu məhsul ili ilə müqayisədə 28 milyon ton artaraq 1043 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 2019/2020-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5.17% arataraq 183 milyon ton olacağı proqnozlaşdırılır.
- 2018/2019-cu məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 1.93% artaraq 211 milyon ton olması proqnozlaşdırılır.
- 2018/2019-cu məhsul ilinə nəzərən 2019/2020-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 1.76% artaraq 750 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2018/2019-cu məhsul ili ilə müqayisədə 5.4% artaraq 293 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 39.0% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 63 milyon tona düşməsi, istehsal həcminin isə 2018/2019-cu məhsul ili ilə müqayisədə 20 milyon ton çox (388 milyon ton) olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 10 milyon ton çox (451 milyon ton) olacaq.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.