AgroHub

Dünya bazarı konyukturası — Fevral 2020

Fevral 2020Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2020-ci ilin fevral ayında orta hesabla 180.5 bənd təşkil edib, yanvar ayı ilə müqayisədə 1.0% (1.9 bənd) az, ötən ilin fevral ayı ilə müqayisədə isə 8.1% (13.5 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi fevral ayında orta hesabla 167.8 bənd təşkil edib, yanvar ayı ilə müqayisədə 0.9% (1.5 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 0.4% (0.7 bənd) azdır.
  • Bitki Yağlarının Qiymət İndeksi fevral ayında orta hesabla 158.1 bənd təşkil edib, yanvar ayı ilə müqayisədə 10.3% (18.2 bənd) az, ötən ilin fevral ayı ilə müqayisədə isə 18.4% (24.5 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 178.6 bənd təşkil edib, yanvar ayı ilə müqayisədə 2.0% (3.7 bənd) az, ötən ilin fevral ayı ilə müqayisədə isə 9.8% (15.9 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2018/2019-cu məhsul ili ilə müqayisədə 27 milyon ton artaraq 1042 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2019/2020-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5.75% arataraq 184 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2018/2019-cu məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 2.42% artaraq 212 milyon ton olması proqnozlaşdırılır.
  • 2018/2019-cu məhsul ilinə nəzərən 2019/2020-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 2.44% artaraq 755 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2018/2019-cu məhsul ili ilə müqayisədə 3.24% artaraq 287 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 38.0% səviyyəsində olacaq.
  • Çində buğda ehtiyatlarının həcminin 2018/2019-cu məhsul ili ilə müqayisədə 4.29% artaraq 146 milyon tona çatması gözlənilir.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıqların həcminin 63 milyon tona düşməsi, istehsal həcminin isə 2018/2019-cu məhsul ili ilə müqayisədə 19 milyon ton çox (387 milyon ton) olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Fevral 2020 · AgroHub