AgroHub

Dünya bazarı konyukturası — Yanvar 2020

Yanvar 2020Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2020-ci ilin yanvar ayında orta hesabla 182.5 bənd təşkil edib, dekabr ayı ilə müqayisədə 0.7% (1.3 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 11.3% (18.6 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi yanvar ayında orta hesabla 169.2 bənd təşkil edib, dekabr ayı ilə müqayisədə 3.0% (4.9 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 0.3% (0.5 bənd) çoxdur.
  • Bitki Yağlarının Qiymət İndeksi yanvar ayında orta hesabla 176.3 bənd təşkil edib, dekabr ayı ilə müqayisədə 7.0% (11.6 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 34.4% (45.1 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2018/2019-cu məhsul ili ilə müqayisədə 27 milyon ton artaraq 1042 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2019/2020-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5.2% arataraq 183 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2018/2019-cu məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 3.4% artaraq 214 milyon ton olması proqnozlaşdırılır.
  • 2018/2019-cu məhsul ilinə nəzərən 2019/2020-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 2.3% artaraq 754 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2018/2019-cu məhsul ili ilə müqayisədə 3.6% artaraq 288 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 38.0% səviyyəsində olacaq.
  • Çində buğda ehtiyatlarının həcminin 2018/2019-cu məhsul ili ilə müqayisədə 4.3% artaraq 146 milyon tona çatması gözlənilir.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıqların həcminin 67.3 milyon tona düşməsi, istehsal həcminin isə 2018/2019-cu məhsul ili ilə müqayisədə 22 milyon ton çox (403.3 milyon ton) olacağı gözlənilir.
  • Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 11.6 milyon ton çox (470.6 milyon ton) olacaq.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Yanvar 2020 · AgroHub